Almaniyalı dizayner Emili Burfaynd ekoloji və bioloji parçalanan idman ayaqqabısı hazırlayıb.
yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, yuxarı hissəsi it yunundan toxunulan ayaqqabının alt hissəsinə isə göbələk zoğu və təbii kauçuk döşənilib.
“Sneature” adı verilən idman ayaqqabısının çəkisi 201 qramdır.
Dizaynerin araşdırmalarına görə, Almaniyada hər il qiymətli material hesab oluna biləcək 80 ton it yunu utilizasiya edilir.
Qeyd edək ki, qaçış üçün hazırlanan adi idman ayaqqabılarının ortalama ağırlığı 244 qramdır.