Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov azərtac-a bildirib ki, bu il ilk – Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək.
X.Mikayılovun sözlərinə görə, martın 2-də Od, martın 9-da Yel (Hava) çərşənbəsi olacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.
Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək.
Martın 19-u ölkəmizdə bayram axşamı, 20-i isə bayram günü kimi qeyd ediləcək.