Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi

10

“Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü – “Opera Euro Rapid” mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibləri müəyyənləşib.

yasamal.tv xəbər verir ki, şahmatçımız fevralın 6-da start götürəcək yarışın birinci turunda ilk qarşılaşmasını Matias Blubauma (Almaniya) qarşı keçirəcək. Günün sonrakı 3 qarşılaşmasında isə amerikalı şahmatçılar Sem Şenkland, Leyner Dominqez və Polşa təmsilçisi Yan-Kşıştof Duda ilə mübarizə aparacaq.

Turnirdə 16 şahmatçı mübarizə aparacaq.

Sentyabradək davam edəcək “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin