Səhər yeməyi qidalanmanın ən vacib hissəsidir. Mütəxəssilərin əksəriyyəti səhər yeməyinin vacib olduğunu vurğulayırlar. Amma səhər yeməyində nələrin yeyilməsi də ən vacib məqamdır.
yasamal.tv xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri səhər yeməyində nələrdən imtina etmək barədə tövsiyələrini açıqlayıb. Onlar aşağıdakılardır:
Şirin çay
Hazır qidalar
Sosiska, kolbasa
Ağ undan hazırlanmış kremli məmulatlar
Yağlı, qızardılmış xörəklər
Şirin çay qanda qlükozanı kəskin artırır, şəkər asılılığı yaradır. Xüsusən uşaqlara şirin çay verilməsi tövsiyə olunmur.