“Qalatasaray” hücumçunu icarəyə verdi

10

“Qalatasaray” futbolçusu Jesse Sekidikanı icarəyə göndərib.

yasamal.tv xəbər verir ki, nigeriyalı hücumçu mövsümün sonuna qədər Super Liqanın digər təmsilçisi “Konyaspor”da çıxış edəcək. Futbolçunun maaşını “Konyaspor”un ödəyəcəyi bildirilib.

Qeyd edək ki, 24 yaşlı forvard ötən ilin yanvarında “Qalatasaray”la 4.5 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Sekidika 2019-cu ilin yanvarında “Neftçi”də baxışda olub. Ancaq baş məşqçi Roberto Bordin onu bəyənmədiyi üçün geri göndərilib. O, Rumıniyanın “Qaz Metan” klubu ilə yoxlama matçında (3:0) da iştirak da edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin