“Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb.
yasamal.tv-ın məlumatına görə, onun ayaqları tutulub. T. Əhmədov Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.
Onun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub.
Hazırda metropolitenin keçmiş rəisinin vəziyyətinin ağır olduğu bildirilir.(yeni sabah)