Bakıda özəl klinikaların birində ölüm hadisəsi baş verib.
Millitirbuna.az report.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Rəşad Mahmudov Baku Medical Plazada baş nahiyəsindən əməliyyat olunub.
Vəziyyəti ağır olan R.Mahmudov infrakt keçirərək dünyasını dəyişib.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.