Nardaranda silahlı şəxs saxlanıldı

12

Sabunçu Rayon İdarəsinin 42-ci Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

yasamal.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça və 4 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb., istintaq tədbirləri davam etdirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin