“Keşlə”nin yeni baş məşqçisi bilindi

12

“Keşlə” Futbol Klubunun baş məşqçisi vəzifəsinə təyinat baş tutub.

yasamal.tv xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən, Bakı komandasını Sənan Qurbanov çalışdıracaq.

40 yaşlı mütəxəssis ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Sənan Qurbanov buna qədər 2018/19-cu illər mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.

Xatırladaq ki, dünən Yunis Hüseynov komandanın baş məşqçi postundan istefa verib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin