2020-ci ilin yekunlarına görə, İstanbul Beynəlxalq Hava Limanı ən yükyü (ən çox sərnişin qəbul edən) hava limanı olub.
yasamal.tv xəbər verir ki, ikinci yerdə Parisin “Şarl de Qoll”, üçüncü yerdə isə Londonun “Hitrou” hava limanı qərarlaşıb.
Amsterdamın “Sxipxol” və Moskvanın “Şeremetyevo” hava limanı ilk beşlikdə yer alıb.
Agentliyin məlumatına görə, 2020-ci ildə “Hitrou” hava limanının sərnişin dövriyyəsi 73 faiz azaldığı üçün birinci yerdən üçüncü yerə enib. 2019-cu ildə bu aeroportun xidmətlərindən təxminən 81 milyon insan faydalanıbsa, ötən il bu rəqəm 22,1 milyon olub.
Qeyd edilir ki, mövcud vəziyyət koronavirus pandemiyası ilə bağlıdır.(axar.az)