Bayden: “Yaxşı ki, Tramp andiçmə mərasimində iştirak etməyəcək”

16

ABŞ-in yeni seçilmiş prezidenti Co Bayden hazırkı prezident Donald Trampın onun andiçmə mərasimində iştirak etməməsini yaxşı hal kimi qiymətləndirib.

yasamal.tv-ın xəbərinə görə, bu barədə CNBC məlumat yayıb.

“Yaxşı ki, o, andiçmə mərasimində iştirak etməyəcək”, – deyə C. Bayden vurğulayıb.

Bayden qeyd edib ki, D. Tramp ABŞ tarixində ən səriştəsiz prezidentlərdən biridir.

Qeyd edək ki, D. Tramp C. Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.

Xatırladaq ki, D. Tramp ABŞ tarixinə andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin