Türkiyəli müğənni Yıldız Tilbe “Lerzanla çok mutlu” verilişində etdiyi açıqlama ilə gündəmə gəlib.
yasamal.tv xəbər verir ki, müğənni xanımların sevgili seçərkən doğru qərar vermədiklərini deyib:
“Qızlar doğru seçim edə bilmirlər. Ailələri evləndirsə, daha yaxşı olar. Eşq, o xoşbəxt olsun deyə, ondan imtina edə bilməkdir. Amma heç kim elə deyil. Biriylə baxışanda özünü sənin sahibin hesab edir. Tamamən ona aidsən düşünür. Amma ki, elə bir şey yoxdur. Sevmək, imtina edə bilməkdir. Sevmək asmaq, kəsmək, vurmaq, qırmaq deyil”.(axsam.az)