Təhsil naziri instituta yeni direktor təyin etdi

10

Təhsil Nazirliyinin tabeliyindəki Təhsil İnstitutuna yeni direktor təyin edilib.

yasamal.tv xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Rüfət Əzizov Təhsil İnstitutunun direktoru təyin olunub.

Təhsil naziri E.Əmrullayev bu gün R.Əzizovu institutun kollektivinə təqdim edəcək.

Qeyd edək ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

O, 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. (Teleqraf.com)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin