İngiltərə Premyer Liqasının oyunları dayandırıla bilər

11

Koronavirus infeksiyası səbəbindən İngiltərə Premyer Liqasının oyunları yanvar ayının ilk günündən etibarən iki həftəlik dayandırıla bilər.

yasamal.tv xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Qeyd olunur ki, bu qərar klubların heyətində olan futbolçuların kütləvi şəkildə COVID-19 yoluxma ehtimallarının olması ilə əlaqədardır.

Son məlumata əsasən, təkcə ötən həftə ərzində Premyer Liqada top qovan 18 futbolçunun koronavirus testi müsbət çıxıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin