Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Əliyev Mirzəli Lətif oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.