Dövlət Neft Fondunun gəlirləri azala bilər

11

Dövlət Neft Fondunun gəlirləri azala və onun vəsaitlə tükənə bilər.

yasamal.tv xəbər verir ki, bu 2021-ci il üzrə dövlət büdcəsi layihəsində öz əksini tapıb.

Qeyd olunub ki, buna səbəb dünya bazarında neftin qiymətinin aşağı olmasıdır. Sənəddən məlum olur ki, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlərə və bu sahədəki tədbirlərə baxmayaraq, neft sektoru ölkə iqtisadiyyatı üçün həlledici təsirə malikdir.

Belə ki, 2020-ci ilin ilk 9 ayında Azərbaycanda neft və qaz sektoru üzrə yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 30,2 faiz, dövlət büdcəsi gəlirlərində payı 54,6 faiz, və ölkənin ixracında payı 87,2 faiz olub.

Bunu nəzərə alanda neft qiymətlərinin dəyişməsinin makroiqtisadi və fiskal göstəricilərə təsiri qaçılmazdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin