“ECA International” konsaltinq agentliyi tərəfindən əmək miqrantları üçün 2020-ci ildə dünyanın ən bahalı şəhərlərinin reytinqi hazırlanıb.
yasamal.tv-ın məlumatına görə, əcnəbi işçilərin ən çox xərc çəkdiyi şəhər Honkonq olub. “ECA International”ın Asiya departamentinin rəhbəri Li Kueyn bildirib ki, COVID-19 pandemiyasının təsirinə baxmayaraq, Honkonq əcnəbilər üçün ən bahalı şəhərdir, bunun əsas səbəbi isə şəhərdə mənzil və kirayə qiymətlərinin çox yüksək olmasıdır.
Honkonqun ardınca ən bahalı şəhərlərin siyahısında Tokio, üçüncü pillədə isə Nyu-York qərarlaşıb.
Qeyd edək ki, reytinqin hazırlanması üçün agentlik valyuta məzənnələrində dəyişikləri nəzərə almaqla, orta hesabla əcnəbi miqrantın istehlak səbəti çərçivəsində (kommunal xidmətlər daxil olmaqla) əldə edə biləcəyi mal və xidmətlərə xərclədiyi vəsaiti müqayisə edib.(apa)
Əmək miqrantları üçün 2020-ci ildə dünyanın TOP-20 bahalı şəhərləri:
# |
Şəhər |
Ölkə |
1 |
Honkonq |
Honkonq |
2 |
Tokio |
Yaponiya |
3 |
Nyu-York |
ABŞ |
4 |
Cenevrə |
İsveçrə |
5 |
Sürix |
İsveçrə |
6 |
London |
Böyük Britaniya |
7 |
Tel-Əviv |
İsrail |
8 |
Seul |
Cənubi Koreya |
9 |
San-Fransisko |
ABŞ |
10 |
Yokohama |
Yaponiya |
11 |
Şanxay |
Çin |
12 |
Kopenhagen |
Danimarka |
13 |
Bern |
İsveçrə |
14 |
Sinqapur |
Sinqapur |
15 |
Quançjou |
Çin |
16 |
Qüds |
İsrail |
17 |
Şençjen |
Çin |
18 |
Pekin |
Çin |
19 |
Brazzavil |
Konqo |
20 |
Port-Morsbi |
Papua Yeni Qvineya |