Yaponiyada 2020-ci ilin rəmzi olan heroqlif seçildi

12

Yaponiyada, ənənəvi olaraq bitən ilin simvolu olan heroqlif seçilib. Bu 2020-ci ildə “sıx”, “dar” mənasını verən “Mitsu” simvolu oldu.

yasamal.tv xənər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Yaponiyada koronavirus pandemiyasına qarşı mübarizə zamanı məmurlar tərəfindən “üç Mitsu” (“sanmitu” və ya “Mitsu-no Mitsu”) ifadəsi çox işlənib. Bir çox şəhərlərdə isə “üç mitsu” təsviri olan bannerlər asılıb.

Seçim koronavirus pandemiyası üçün üç tövsiyə – insanların sıx toplaşdığı yerlərdən, dar məkanlardan və insanlar arasında sıx görüşmələrdən çəkinmə ilə əlaqədar edilib. (Oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin