Prezident Donald Tramp ABŞ Ali Məhkəməsinin prezident seçkilərinin nəticələrinə bəzi ştatlarda yenidən baxılması ilə bağlı iddianı ləğv etməsindən məyus olduğunu bildirib.
yasamal.tv-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti “Twitter” hesabında qeyd edib.
“Ali Məhkəmə bizi həqiqətən məyus etdi. Bu nə müdriklikdir, nə də cəsarət”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi Texas Baş prokuroru Ken Pakstonun 4 ştata qarşı qaldırdığı iddianı rədd edib.
İddiaçı Corciya, Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında bülletenlərin hesablanmasının qaydalara uyğun olmadığını iddi edib.(apa)
