Vətən Müharibəsində şəhid olanlar arasında 6 mədəniyyət işçisi də var.
yasamal.tv-ın məlumatına görə, bu barədə Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov özünün “Twitter” hesabında yazıb.
“Mədəniyyət sahəsində çalışan və qəhrəmancasına şəhid olan 6 igidimizi tanıyaq! Ruhları qarşısında baş əyirik! Onların əziz xatirələrini hər zaman yaşadacayıq. Allah rəhmət eləsin! #ŞəhidlərölməzVətənbölünməz”, – deyə o qeyd edib.(apa)