“Evdəkilər məni küçəyə çıxmağa qoymurlar” – Əməkdar artist

12

“Evdən küçəyə çıxmıram. Nəvələrim, ailəm evdədir, onlara görə özümü qorumalıyıq”.

yasamal.tv xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “Elgizlə izlə” proqramında deyib. Müğənni karantin günlərində evdən çıxmadığını söyləyib:

“Özümü qorumalıyam. Efirə gəlirəm, sonra qayıdıb otururam televizorun qabağında. Bazarlığı da evdəkilər edib gətirir. Deyirlər, evdən küçəyə çıxma, otur”.

Y.Mustafayev “Nə yeyib-içirsiniz? Maddi imkanınız var” sualına “İnsan gərək hər dövrdə nəyəsə hazır olsun. Bu gün yeyim, sabah nə olur-olsun etmək olmaz” cavabını verib.(axsam.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin