“Bu gün Vətən Müharibəsi iştirakçılarına yardımla bağlı ayrı-ayrı vətəndaşlardan təşəbbüslər olur. Təşəbbüslər, təkliflər gəlməkdə davam edir”.
yasamal.tv-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “YAŞAT” Fondu ilə bağlı keçirilən onlayn mətbuat konfransında deyib.
O, təşəbbüsləri yüksək qiymətləndirdiklərini bildirib: “Bir-birinə mane olmayan təşəbbüslərdir. Könüllü fəaliyyətdir. Hər kəs məşğul ola bilər. Amma yaralı, şəhid ailələri haqqında məlumatı olanlar informasiyaları toplayıb bizə verə bilərlər”.
Ü. Mehdiyev SMS nömrə ilə bağlı müraciət edildiyini, bu barədə əlavə məlumat veriləcəyini xatırladıb.
O əlavə edib ki, şəhid ailəsi dedikdə ata, ana, həyat yoldaşı və şəhidin uşaqlarından söhbət gedir. Bu, qanunla müəyyənləşmiş bir anlayışdır.(apa)