Qarabağda Azərbaycan vətəndaşlığı ilə yaşayacaq ermənilərlə necə davranmalı? – Təklif

14

Dekabrın 1-də  erməni vandallarının nəzarətində olan sonuncu rayonumuz Laçın  da Azərbaycana təhvil verildi.

Nəticədə sentyabrın 27-dən başlayan 44 günlük müharibə və düşmənin təslim olması fonunda Ali Baş Komandan İlham Əliyevin  apardığı uğurlu siyasət və  Azərbaycan ordusunun şücaəti ilə işgal altında olan digər ərazilərimizin geri qalan hissəsinin müharibəsiz geri qaytarıldı. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Növbəti görüləcək işlərdən ən başlıcası düşmən tərəfindən məhv edilmiş yaşayış massivlərimizin bərpa olunması və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qaytarılmasından ibarətdir. Lakin uzun illər düşmən əsarətində qalmış torpaqlarımızın hər qarışı demək olar ki, erməni vandalları tərəfindən minalanıb.  Həmin ərazilərin bərpası, tikinti və infrastrukturların yenidən qurulması üçün öncəliklə həmin ərazilər minalardan təmizlənərək təhlükəsiz ərazilərə çevrilməlidir. Bu proses  isə uzun müddət vaxt aparacaq.

Xarici medialardan izlədiyimiz xəbərlərdən aydın görünür ki,  həmin  ərazilərdə məskunlaşmış ermənilər müharibə gedən zaman Ermənistana qaçsalar da,  artıq onların bir hissəsi geriyə, Qarabağa qayıdırlar.  Proseslər onu  göstərir  ki,  Qarabağda yaşayacaq ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra rahat şəkildə bizim torpaqlarımızda yaşaya biləcəklər. Lakin həmin ərazilərə məcburi köçkünlərimizin yerləşdirilməsi prosesi isə hələ uzun zaman alacaq.

Nəzərdə tutulan ilk yenidənqurma işləri ermənilərin hazırda yaşama hüquqları verildiyi minasız və təhlükəsiz ərazilərimizdə aparılmalıdır. Hazırda yaşayış olan Xankəndi, Xocalı, Xocavənd və digər bu tip ərazilərdən  məcburi köçkün olmuş əhalimizi həmin ərazilərə yerləşdirilməsi və onlar üçün evlər, orta məktəblər və iş yerlərinin yaradılması qeyd olunan prosesin sürətlənməsinə təkan verə biləcək. Həmin ərazilərdə yaşayan ermənilərin bir daha digər iddiaları və tələblərinin olmaması üçün onların yaşayacağı ərazilərdə sayları azərbaycanlıların  sayını aşmamalıdır. Əlavə olaraq, Qarabağda Azərbaycan vətəndaşlığı ilə yaşayan hər bir erməniyə keçmiş qondarma rejimin verdiyi mülkiyyət hüquqları ləğv edilərək torpaq və əmlak bölgüləri Azərbaycan Pespublikasının qanunvericiliyinə uyğun aparılmalıdır.

yasamal.tv saytının baş redaktoru, əmlak eksperti Elnur Fərzəliyev

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin