Milli Məclis noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.
yasamal.tv xəbər verir ki, bəyanatı deputat Cavanşir Feyziyev təqdim edib.
Bəyanatda deyilir ki, işğal edilmiş Azərbaycanın ərazilərində qeyri-qanuni yaradılan oyuncaq qurumun mövcudluğuna noyabrınb 10-da son qoyulub: “Fransa Senatının qətanaməsində Azərbaycan tərəfindən Ermənistana qarşı Tükiyə Silahlı Qüvvələrinin iştirak etməsinə dair əsassız və saxta iddialar irəli sürülüb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Fransanın özünün dəstəklədiyi və digər mötəbər qurumların qəbul etdiyi qərarları təmin edib“/Report.
Bəyanatda ölkə parlamenti tərəfindən aşağıdakı msələlərlə bağlı Azərbaycan hökumətinə çağırış edilib:
1.Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması üçün təşkilat rəhbərliyinə müraciət edilsin.
2.Azərbaycanla Fransa arasında siyasi münasibətlərə yenidən baxılsın.
3.İqtisadi əlaqələr yenidən təhlil edilərək müvafiq tədbirlər görülsün.