Şəhidlik – Vətən, torpaq, millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək, şərəfli zirvədir. Şəhidlər xalqın azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır. Onların canı, qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur.
yasamal.tv xəbər verir ki, bu cür şəhid olan qəhrəmanlardan biri də Samir Mikayıllıdır. Samir Sabir oğlu Mikayıllı 1 yanvar 1993-cü ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində ziyalı ailəsində anadan olub. Əlfi Məmmədov adına Salmanbəyli kənd orta məktəbində 1-ci sinfə gedən Samir Mikayıllı 2008-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Hərbi liseyi bitirdikdən sonra Türkiyədə Ankara Kara Harp Okulunda hərbi təhsil alıb (2014). İstanbul Tuzla Piyada Okulunda təhsilini artırıb və Azərbayan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində kurs keçib.
2015-ci ildən Naxçıvan MR-da Xüsusi Təyinatlı Qüvvələrdə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb, nümunəvi hərbi xidməti ilə seçilib. 2018-ci ilin 20-27 may tarixlərində Naxçıvan Muxtar Respublikası Şərur rayonu ərazisindəki Günnüt kəndinin erməni işğalçılarından təmizlənməsi əməliyyatında uğurla iştirak edib və komandanlıq tərəfindən təşəkkürnamə və növbədənkənar baş leytenant rütbəsi alıb. 2020-ci ilin noyabr ayının əvvəlindən Şuşa şəhərinin işğaldan azad edilməsi uğrundakı əməliyyatda xüsusi qəhrəmanlıq göstərib və növbədənkənar kapitan rütbəsi alıb. Lakin sonrakı döyüşlərdə aldığı qəlpə yarasından şəhid olub.
11 noyabr 2020-ci ildə doğulduğu Ağcabədi rayonunun Salmanbəyli kəndində dəfn edilib.
Şəfa Mövsümov
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:
055-212-35-55 WHATSAPP