Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın “Qazprom” şirkətinin Türkiyəyə qaz tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 25% azalaraq 8,854 mlrd. kubmetr təşkil edib.
yasamal.tv-ın məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.
Ümumilikdə, yanvar-sentyabr aylarında “Qazprom” Qərbi Avropa istiqamətində 94,334 mlrd. kubmetr qaz tədarük edib ki, bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13% azdır.