Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv-ın xəbərinə görə, hadisə bu gün səhər saat 9:00 radələrində Göyçay-Bərgüşad-Ucar avtomobil yolunun Kürdəmiş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” və “NAZ Lifan” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslərin adları hələ ki, bilinmir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.