“Qəhrəman və nəcib Azərbaycan türkü qardaşlarımız! Bayraq Gününüz mübarək olsun!”
yasamal.tv report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində yazılıb.
“Sizinlə qürur duyuruq və Ermənistan qarşısındakı zəfərinizi bir daha təbrik edirik. İnanırıq ki, şanlı ay-ulduzumuz yaxın zamanda Qarabağda da dalğalanacaq. Biz bir millət – iki dövlətik!”, – qeyd olunub.