Evdən 12 min manat oğurlayan qadın saxlanılıb

13

hebs

Bakıda mənzildən 12 min manatdan artıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Türkan qəsəbəsindəki evlərin birindən 12285 manat pul oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Ş.Əliyeva saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin