Noyabrın 10-da evinin pəncərəsindən Ağrı dağına baxan hər bir erməni, Azərbaycan və Türkiyə bayraqlarını görəcək.
yasamal.tv xəbər verir ki, bu barədə Türkiyənin Ağrı rayon bələdiyyəsinin sədri Savcı Sayan öz “Twitter” hesabında məlumat paylaşıb.
Bələdiyyə sədri sosial şəbəkə hesabında bunun cəbhədəki Ermənistan döyüşçülərinə “ruh yüksəkliyi” verəcəyini yazıb.
Savcı Sayan bu paylaşımla bağlı ”Xəzər TV”yə müsahibə də verib.
Deyib ki, Qarabağda Vətən müharibəsinin davam etdiyi bir zaman bizə necə dəstək ola biləcəklərini düşünüblər və qərara gəliblər ki, belə bir layihə həyata keçirilsin. Savcı Sayan qeyd edib ki, ermənilər hər səhər oyandıqları zaman Ağrı dağın ətəyində Azərbaycan və Türkiyə bayraqlarını bir yerdə görüb bir daha bu iki ölkənin qardaş olduğunun şahidi olacaqlar.
Savcı Sayan Ermənistan dövlətinin törətdiyi zülmlərdən təkcə azərbaycanlıların deyil, həm də Türkiyə türklərinin əziyyət çəkdiklərini deyib. Onlar arasında onun qohumları da var.
Hazırda bu layihənin tamamlanması üçün işlər aparılır. Layihəni reallaşdırmaq üçün xaricdən də mütəxəssislər dəvət edilib.