“Ermənilər həmişə torpaqlarımıza göz tikib, soyqırım törədiblər”

12

“Azərbaycan 30 ildən sonra öz torpaqlarını Ali Baş Komandanın rəhbərliyi və ordumuzun gücü sayəsində işğaldan azad edir”.

yasamal.tv xəbər verir ki, bu fikirləri “Ay Zaur” verlişinə qonaq olan Xalq artisti Niyaməddin Musayev səsləndirib. Müğənni cəbhədən, işğaldan azad edilən torpaqlardan və müharibədən söz açıb:

“30 ildir ki, qəbul etdikləri qərar və qanunlarla başımızın altına yastıq qoyurdular. Biz humanist və mehriban xalqıq. Ona görə də bizi inandırmaq çətin deyildi. Lakin bu gün artıq yeni tarix yazıldı. Ermənilər tarixin müxtəlif dövrlərində bizə qarşı  soyqırımlar törədiblər. Həmişə  torpaqlarımıza göz tikərək bizdən torpaq alıblar. Şükrlər olsun ki, indi biz torpaqlarımızı onlardan geri alırıq”.

N.Musayev çıxışı zamanı ermənilərin onun ifalarını oğurlaması məsələsinə də  toxunub:

“1997-ci ildən Nazirlər Kabineti müəlliflik hüququ yaradıb. Mənim də bir müəllif kimi haqqımı tələb etməyə ixtiyarım var. Onlar mənim bir çox şən və ritmik mahnılarımı ifa ediblər. Hətta onlar bizim bir çox xalq mahnılarımızı da dəyişərək oxuyublar”.(axsam.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin