Rusiya Qırğızıstana maliyyə yardımını dayandırıb.
yasamal.tv xəbər verir ki, bu məlumatı RBC agentliyi öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, bu qərar ölkədəki gərgin situasiyaya görə qəbul edilib.
Moskvanın Bişkekə yardımlarının ölkədəki siyasi situasiya stabilləşənə qədər dayandırılacağı vurğulanıb.
Qeyd edək ki, ölkədəki gərgin situasiya səbəbindən Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov istefa verib.(axar.az)