Türkiyəli müğənni Sərdar Ortaç “10-da görüşək” proqramının virtual qonağı olub.
yasamal.tv xəbər verir ki, sənətçi son günlər Azərbaycan Ermənistan sərhədində baş verənlərdən danışıb:
“Ölkə başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dost, qardaşdır. Biz hamımız türkük. Qarabağ getdi və Azərbaycan 30 il gözlədi. Səbr etdi, bir söz demədi. Artıq bəsdir. Hazırda doğru edirsiniz. Əgər sən danışmağı bacarmırsansa, məcbur müharibə olacaq. Qarabağ bizim torpaqlarımızdır. İnşallah, müharibə tezliklə bitər, Qarabağ Azərbaycana keçər və xəritə yenidən çəkilər”.
Ortaç “Dəvət edilsəniz, Qarabağda konsert verməyə gələn ilk sənətçilərdən olarsınız” sözlərinə “Əlbəttə, həmin an gələrəm” reaksiyasını verib.(axsam.az)