Tanınmış xanəndə, əməkdar artist İlkin Əhmədov cəbhəyə yollanıb.
yasamal.tv xəbər verir ki, xanəndə hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir. Əməkdar artist ruh yüksəkliyi ilə cəbhəyə yola düşdüyünü qeyd edib:
“Bu torpaqlar bizimdir. Bizim savaşımız haqlı savaşdır. Torpaqlarımızın bütövlüyü uğrunda hər şeyə hazırıq”
Qeyd edək ki, əməkdar artist Prezident İlham Əliyevin çağırışından sonra döyüşmək üçün orduya yazılmışdı.(kulis.az)