Trampdan Dağlıq Qarabağdakı münaqişəyə – Münasibət

10

Rəsmi Vaşinqton Dağlıq Qarabağdakı vəziyyət barədə məlumat toplayır və tərəflərin döyüş əməliyyatlarına son qoymalarına nail olub-olmayacaqlarını araşdırır.

yasamal.tv-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında bəyan edib.

“Bu bölgədə çoxları ilə yaxşı əlaqələrimiz var. Baxaq, bunu (atəşi) dayandırmağa nail ola bilərikmi?”, – deyə o bildirib.

Tramp Dağlıq Qarabağdakı hadisələr barədə ona məlumat verildiyini vurğulayıb.

“Biz orada baş verənləri diqqətlə araşdırırıq”, – deyə ABŞ Prezidenti qeyd edib.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin