Birləşmiş Ştatlar və Kanada tezliklə sərhədi açacaqlar, bu məsələ indi müzakirə olunur.
yasamal.tv bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp cümə günü Minnesota şəhərinə getməzdən əvvəl jurnalistlərə danışıb.
“Kanada ilə sərhədin açılması məsələsini öyrənirik. Kanada onun açılmasını istərdi. Biz yetərincə tez zamanda sərhədi açacağıq”, – deyə prezident vurğulayıb.
Ondan bunun ilin sonuna qədər baş verib-verməyəcəyini soruşublar. “Bu mümkündür, bəli. Biz Kanada ilə işləyirik. Yaxşı bir tarix seçmək istəyirik”, – deyə Tramp cavab verib.
Cümə günü Kanadanın İctimai Təhlükəsizlik və Fövqəladə Vəziyyətə Hazırlıq naziri Uilyam Bler bildirmişdi ki, Kanada və ABŞ hökumətləri oktyabrın 21-dək sərhədi açmamaq barədə razılığa gəliblər.(qafqazinfo)