Bu 12 analizi ildə bir dəfə verməlisiniz – Siyahı

12

Xəstəlikləri vaxtında aşkarlamaq, sağlamlığı qorumaq üçün bu analizləri ildə 1-2 dəfə verməyiniz mütləqdir.

yasamal.tv medicina.az-a istinadən ən vacib analizləri təqdim edir:

– Ürək-damar sisteminin xəstəliklərini diaqnoz etmək üçün qanın biokimyəvi və ümumi analizi ildə 2 dəfə, hər 6 aydan bir verilməlidir.

– Eləcə də lipid və qanda xolesterin analizi də ürək-damar üçün vacibdir.

– Qaraciyər xəstəlikləri üçün ALT və AST analizləri verilməlidir.

– Tromb yaranmasına şübhə varsa, koaquloqramma analizi mütləqdir. Qanın laxtalanmasını təyin edir.

– Şəkərli diabet və gizli şəkər də qəfil gəlir. Amma öncədən bilmək olar. Bunun üçün ildə 2 dəfə qanda qlükoza-aclıq və toxluq, insulin dirənci analizi verilir.

– Nəcisdə gizli qan analizi – bağırsaq xoraları, xərçəngi, mədə-bağırsaq xəstəlikləri üçün verilir.

– Qadınlar uşaqlıq yolu xərçənginə qarşı ildə 1 dəfə uşaqlıq boynunun yaxma analizi – ildə 1 dəfə

– Leykoz üçün – qanın ümumi analizi

– Hormonal disbalansı yoxlamaq üçün qalxanvari vəz hormonlarının analizi. Xüsusən qadınlar ildə 2 dəfə

– Sidiyin ümumi analizi – sidik sistemi infeksiyaları üçün. İldə 2 dəfə

– Hepatit geniş yayıldığı üçün – ildə bir neçə dəfə qanda hepatit analizləri. Xüsusən əməliyyat, diş müalicəsi, şübhəli ötəri intim əlaqədən 3-5 ay sonra mütləq verilməlidir

– Kişilər 40 yaşdan sonra qanda PSA analizi – prostat vəzidə şiş diaqnozu üçün.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin