Batyanı tanımırsınızsa, səfirinizi geri çağırın – Puşkov

9

Litva hakimiyyətinin Svetlana Tixanovskayanı “Belarus prezidenti” kimi tanıması yanlış addımdır.

yasamal.tv xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov Tvitter səhifəsində yazıb.

Senator bildirib ki, Litva xanım siyasətçini prezident kimi tanıyır və Belarus lideri Aleksandr Lukaşenkoya qarşı sanksiya tətbiq edir:

“Bundan əlavə, onların Belarusla diplomatik əlaqələri var. Məncə, qəribə ikili standartdır. Səfir geri çağırılmalı idi. Yüksək prinsiplərə dair iddialarda qəribə ikili standart…”(axar.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin