Filipp Kirkorov ad gününü Bakıda keçirəcək

12

Rusiyanın Xalq artisti Filipp Kirkorov növbəti ad gününü Bakıda keçirməyi planlaşdırır.

yasamal.tv xəbər verir ki, bu haqda “Жара Music Awards” mərasimində deyilib. Bildirilib ki, artıq “Жара-2021″in hazırlıqlarına başlanılıb.

Beşincisi keçiriləcək beynəlxalq musiqi festivalı çərçivəsində Kirkorovun 54 yaşı münasibətilə tədbir təşkil olunacaq. Ondan əvvəl isə Filipp aprelin 30-da – ad günü günü Bakıda solo konsert verəcək.

2022-ci ildə də müğənni 55 illik yubileyini paytaxtımızda qeyd etməyi planlaşdırıb.(axsam.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin