Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Navahı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2106” markalı avtomobilin sürücüsü-Sabirabad rayonu, Qaragünə kənd sakini, 1991-ci il təvəllüdlü Qaytaranov Orxan Yaşar oğlu həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dəmir lövhəyə çırpılıb. Hadisə zamanı sürücü hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə İdarəsinin xüsusi riskli xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub. Sürücünün meyiti avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.(report)