Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb

15

2020-ci ilin iyulunda Azərbaycandan Türkiyəyə 10 018 turist səfər edib ki, bu da 2019-cu ilin iyulu ilə müqayisədə 92,19 faiz azdır.

yasamal.tv xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,07 faiz təşkil edib.

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 137 397 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,37 faiz azdır.

2020-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,53 faiz təşkil edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin