Azərbaycanda bank işçilərinin sayı cari il avqustun 1-nə 18 478 nəfər təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bank işçilərinin sayında ilin əvvəlinə nisbətən 982 nəfər və ya 5% azalma müşahidə olunub.
Bildirək ki, azalma əsasən lisenziyası geri çağırılmış banklarla əlaqədardır.
Qeyd edək ki, bu il 4 bank bağlanıb və nəticədə, cari il avqustun 1-nə ölkədə fəaliyyət göstərən bankların sayı 26-ya (2 dövlət bankı) enib.