Fransa hökumətinin iqtisadi bərpa planının açıqlanacağı tarix müəyyənləşib.
yasamal.tv-ın xəbərinə görə, bu barədə ölkənin baş naziri Jan Kasteks bildirib.
Baş nazirin sözlərinə görə, iqtisadi bərpa planı sentyabrın 3-də açıqlanacaq.
Qeyd edək ki, daha öncə hökumət sentyabr ayının ilk həftəsində iqtisadiyyatı gücləndirmək üçün 100 milyard avrodan ibarət dəstək planının detallarını təqdim edəcəyini bildirmişdi.(apa)