Hadisə rayonun Məmmədli kəndində baş verib.
yasamal.tv xəbər verir ki, rayonun Məmmədli kənd sakinləri 1973-cü il təvəllüdlü Hacıyev Namiq və övladı 2003-cü il təvəllüdlü Hacıyev Ümüd həmkəndlisi Məmmədov Ruslan tərəfindən bıçaqlanıblar.
Hər iki yaralı kənd sakinlərinin köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır. (qafqazinfo)