Ötən gün İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən SAF (İsveç-Azərbaycan Birliyi) “Qarabağ” rəqs qrupunun yeni tədris ilinə start verilib.
yasamal.tv xəbər verir ki, bu barədə SAF ( Svensk- Azerbajdzjanska kulturförening)- İsveç Azərbaycan birliyin sədri, “Qarabağ” rəqs qrupun rəhbəri, “Qarabağ” məktəbinin müdiri, ALC (Azərbaycan Beynalxalq Xanımlar) üzvü Sevda Dadaşova məlumat verib.
SAF təşkilatın sədri Sevda Dadaşova bu münasibətilə uşaqlara, müəllimlərə və məktəbin idarə heyrətinə 2020-2021 yeni tədris ilində uğurlar arzulayıb, təhsilin mühüm və vacib olduğunu vurğulayıb:
“Uşaqlar, ali təhsilinizlə İsveç cəmiyyətində yaxşı vəzifələr qazanmaqla, Azərbaycanın adını da uca tutacaqsınız. Siz bizim sabahımızın ümidi və qürurusunuz. Oxumaq və yeni zirvələr fəth etmək əsas məqsədiniz olmalıdır”.
“Qarabağ” məktəbin rəhbəri Tünzalə Oruczadə isə bütün dünyanda yayılan pandemiya bəlasına baxmayaraq, məktəbin fasiləsiz fəaliyyətlə olması ilə əlaqədar bütün üzvlərə təşəkkürünü bildirib. “Qarabağ” məktəbinin “Qarabağ” rəqs qrupunun rəhbər və xoreoqrafları Mehriban Ələkbərzadə və Cəmilə Hilalova da uşaqların yeni tədris ilini təbrik edib və böyük səhnələrdə Qarabağın adını daha da yüksəklərə tanıdıb, daha böyük uğurlar əldə etməklərini arzulayıblar.
Yazar Eluca Atalı uşaqlara təhsilin böyük dünyaya qapıların açarı olduğunu vurğulayıb. O, Azərbaycan ədəbiyyatı və tarixini İsveçdə yaşayan uşaqlar üçün böyük zövqlə təbliğ etdirməyə davam edəcəyini bildirib.
“Qarabağ” məktəbinin yeni tədris ilinin acılışında digər müəllimlər Samirə Ələkbərova (Azərbaycan dili), Kate Andersson (musiqi/vokal), fəal diasporçular Xədicə Eminova, Aygül Yusubova, Səbinə Rəhimova və hər zaman “Qarabağ” məktəbinə dəstək olan jurnalist və İsveçdə aktiv fəaliyyət göstərən “SAMM” Tv və “Öppna kanalen” rəhbəri və prodüseri Rəhim Sadıqbəyli çıxış edib və müvəfəqiyyətlər arzulayıblar.
Qeyd edək ki, İsveçdə məktəblər pandemiya dövründə də fəaliyyətdə olub.