“Barselona”nın Lionel Messinin transferi üçün müəyyənləşdirdiyi məbləğ açıqlanıb.
yasamal.tv xəbər verir ki, Kataloniya klubu argentinalı ulduz 700 milyon avro tələb edir. Bu məbləği ödəyən klub pnu heyətinə qata bilər.
Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Argentinalı futbolçunun komandadan getmək istədiyi bildirilir. 33 yaşlı forvardla “İnter”, PSJ və “Mançester Siti”nin maraqlandığı deyilir.(fanat.az)
