Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanı Müstəqillik günü münasibətilə təbrik edib.
yasamal.tv xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.
“Əfqanıstanı Müstəqillik günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Belə əlamətdar gündə qardaş Əfqanıstan xalqına ən xoş arzularımızı çatdırır, əbədi firavanlıq və sülh diləyirik”.
