Avropa İttifaqı Malidə baş verənləri diqqətlə izləyir.
yasamal.tv bildirir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin adından yayılan bəyanatda belə deyilir.
“Hərbi çevriliş, nə qədər dərin olmasına baxmayaraq, heç vaxt böhranın həlli deyil. Avropa İttifaqı Qərbi Afrikanın İqtisadi Birliyinə böhrandan çıxış yolu tapma səylərində tam dəstəyini ifadə edir”, – deyə o bildirib.
Xatırladaq ki, Qərbi Afrika ölkəsi olan Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyam qaldırıblar. Qiyamçılar artıq paytaxt Bamakoda ölkə prezidenti İbrahim Bubakar Keita və baş nazir Bubu Sisseni, o cümlədən bir neçə naziri həbs ediblər.
Yerli mətbuatın yazdığına görə, qiyama polkovniklər Dyau və Kamara, eləcə də general Şeyk Fantamadi Dembele rəhbərlik edirlər.(virtualaz.org)