“Kişilər, qısqananda sözlərinizə fikir verin” – Flora Kərimova

12

“Müğənnilərin tək oxumağı yox, intelektual səviyyəsi olmalıdır. Hər birimiz millətin nüfuzudur. Dediyimiz sözə, atdığımız addıma fikir və hesabat vermək borcumuzdur”.

yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Ən yaxşısı” verilişində deyib. Müğənni sənət adamlarına səslənib.

Kərimova eyni zamanda müğənniləri tənqid edən və qısqanc kişilərdən də söz açıb:

“Qələt edib deyirsən “mən beləyəm”. Dilinin, millətinin qədrini bilməlisən. Buna görə də kişilərə səslənirəm ki, qısqananda, danışanda sözünüzə fikir verin. Siz Azərbaycan qadını, millətini təmsil edən xanım haqda danışırsınız. Nə qədər qısqanırsınızsa, o qədər ehtiyatlı olun. Qoyun papağınızı qarşınıza, fikirləşin”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin