Zidan növbəti dəfə “Yuventus”a “yox” dedi

11

“Yuventus” Çempionlar Liqasında uğursuzluqla üzləşsə, baş məşqçisini dəyişə bilər.
 
Fanat.Az “TuttoMercato”ya istinadən xəbər verir ki, “Yuventus” bir neçə məşqçi ilə danışıqlar aparmağa cəhd edib. Turin klubunun prioritet hədəfi “Real”ın çalışdırıcısı Zinəddin Zidandı. “Yuve”nin ona təklif ünvanladığı bildirilir. Lakin ötən il olduğu kimi, fransız mütəxəss yenə “qoca sinyora”ya “yox” deyib.
“Yuventus” rəsmilərinin Maurisio Poçettino (işsiz), Simone İnzaqi (“Latsio”), Luçano Spalletti (işsiz) və Can Pyero Qasperini (“Atalanta”) ilə əlaqə saxladıqları da xəbərdə qeyd olunub.
“Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində avqustun 7-də “Lion”u qəbul edəcək. Komandalar arasındakı ilk oyun “fransızlar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin